Uşaq Hüquqları Aylığı

    Xəzər rayonu Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbdə 20 oktyabr -20 noyabr tarixlərini əhatə edən "Uşaq Hüquqları Aylığı" çərçivəsində 1c sinif rəhbəri Həmdullayeva Vüsalə və 3c sinif rəhbəri Fətullayeva Xanımın iştirakı ilə sinif təşkilat saatlarında şagirdlərə bu mövzu ətrafında maarifləndirici seminar keçirildi. Seminarda şagirdlərə uşaq hüquqlarının yaranma tarixindən, dövlət tərəfindən uşaq hüquqlarının qorunması sahəsindəki görülən işlərdən məlumatlar verildi. Bununla bağlı videoçarx izlənildi, şagirdlər çəkdikləri rəsmlərdə bir daha bunu sübut etdilər ki, Azərbaycanda uşaqlar daima dövlətin və cəmiyyətin diqqətindədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi