"Böyük azərbaycanlı-Heydər Əliyev" adlı tədbiri keçirildi

    9 may tarixində virtual məktəb platforması üzərindən IV "b" sinif şagirdlərinin ümummilli liderimiz Heydər Əliyevin 98 illiyinə həsr olunmuş "Böyük azərbaycanlı-Heydər Əliyev" adlı tədbiri keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zeynəb müəllimə Heydər Əliyevin Azərbaycanı dünyada tanıtmasından, inkişaf etməsində gördüyü işlərdən bəhs etdi. Daha sonra söz "Tərəqqi" medallı tarixçimiz Elmira Rəhimovaya verildi. O, Heydər Əliyevin Azərbaycan adına gördüyü misilsiz xidmətləri haqqında şagirdləri geniş məlumatlandırdı. Şagirdlər ulu öndərimizin həm SSRİ vaxtında ölkə rəhbəri olarkən, həm də müstəqillik qazandıqdan sonra prezidentlik dövründə Vətənimizin inkişafı üçün əzmlə çalışmasından, Azərbaycanın adını yüksəltməkdən ötrü xarici və daxili siyasətdə gördüyü  işlərdən bəhs etdilər. Tədbirin davamında şagirdlərin ulu öndərimizə həsr etdikləri mahnı ve şeirlər dinlənildi. Həmçinin şagirdlər Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işləri xüsusilə vurğuladılar. Qeyd etdilər ki, Heydər Əliyev hakimiyyətdə olduğu illərdə hər zaman ordu quruculuğu işinə böyük önəm vermişdir. Bunun da məntiqi nəticəsidir ki, Azərbaycan ordusu 44 gün ərzində böyük qələbələr qazandı. Şagirdlər bu qələbənin Heydər Əliyevin layiqli davamçısı, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, hərb sahəsinə dərindən bələd olması, Heydər Əliyevin memarı olduğu Azərbaycan Silahlı Qüvvələrinin gücü, şəhidlərimizin qanı, qazilərimizin canı ilə qazanılmış misilsiz tarixi qələbə olduğu qeyd edildi.  Tədbir Heydər Əliyevin "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!" kəlamları ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi