"Tarixin dahi şəxsiyyəti" adlı onlayn tədbir keçirildi

    Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi Heydər Əliyevin 98-ci ildönümü ilə əlaqədar olaraq  Ulu öndərin həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi üçün "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında əsasnamə"nin 13.5 bəndini rəhbər tutaraq  7may  tarixində  məktəbin tarix fənnini tədris edən Məmmədova Zümrüd müəllimin rəhbərliyi və VIII sinif şagirdlərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 98- ci ildönümü münasibətilə "Tarixin dahi şəxsiyyəti" adlı onlayn tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Əliyeva Zeynəb, müəllimlər və şagirdlər iştirak ediblər. Şagirdlər Ulu öndər Heydər Əliyevin həyat və quruculuq işlərindən məlumat verdilər, dahi şəxsiyyətə həsr olunmuş şeirlər söyləndi, videoçarx nümayiş olundu. Daha sonra məktəbin direktoru çıxış edərək Ulu öndərin quruculuq işlərindən, daxili və xarici siyasətindən, ordu quruculuğundan, zəngin dövlətçilik nümunəsindən bəhs etdi. Bir daha onu bildirdi ki, çox xoşbəxtdik ki, onun layiqli davamçısı  hörmətli prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev ölkəni  bu cür idarə edib 44 gunluk gedən müharibənin - "Şanlı Qarabağ" müharibəsinin  qələbə  qazanılmasını məhz  biz Prezidentimizə və Şanlı Ordumuza borcluyuq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi