"20 Yanvar şəhidləri"nin xatirəsi yad edildi

    19 yanvar tarixində  məktəbin onlayn dərslərində 20 Yanvar faciəsinin 31 - ci ildönümü şəhidlərin anım günü kimi ehtiramla qeyd olunmuşdur. İbtidai və yuxarı sinif dərslərində 20 Yanvar hadisələri milli birlik rəmzi kimi xatırlanmış,  əbədiyyətə qovuşan ,  vətənpərvərlik salnaməsi yaradan vətən övladlarının müqəddəs ruhları hörmət və qürurla anılmışdır. Şəhidlər xiyabanı müstəqillik, vətən birliyi şərəfinə şəhidlərin ruhu ilə ucaldılan and yerimiz, qeyrət və ucalıq qalamızdır kimi  fikirlər   8 "B" sinif şagirdlərinin hazırladığı onlayn ədəbi- bədii kompozisiyada öz ifadəsini tapmışdır. Əminik ki,  Qarabağın işğaldan azad olması 20 Yanvar şəhidlərinin ruhlarının şadlıq təntənəsidir. Tədbirdə iştirak edən məktəbin direktoru Əliyeva Zeynəb müəllim öz  çıxışında gənc nəslə --şagirdlərə Azərbaycanı, tariximizi, milli- mənəvi dəyərlərimizi hər zaman uca tutmağı, Vətəni göz bəbəyi kimi  qorumağı və inkişaf etdirməyi şəhidlərin əbədi ruhları qarşısında mühim bir borc olduğunu  diqqətə çatdıraraq onları Azərbaycana nurlu gələcək olmağa səslədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi