Beynəlxalq Riyaziyyat olimpiadasında (Amerika riyaziyyat olimpiadası) ingilis dilində Bakı şəhəri Ə.Əliyev adına 125 nömrəli tam orta məktəbin şagirdləri 11A sinif şagirdləri Ağazadə Nigar,Babayeva Ləman Bürünc medal qazanmışlar. İti zəkalı, məntiqli, riyazi təfəkkürlü şagirdlərimizlə fəxr edir, qürur duyuruq. Məktəbin direktoru Əliyeva Zeynəb şagirdlərimizi ürəkdən təbrik edir və onlarla fəxr etdiyini bildirir. Afərin qızlar.
14 Noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkil etdiyi Kenquru Beynəlxalq Riyaziyyat müsabiqəsində məktəbimizin şagirdləri Ağayev Rəsul, Ağayev Aslan, Abdullazadə Hüseyn, Heybətov Hüseyn, İslamzadə Riyad, Paşazadə Zəhra, Əliyev Həmdulla, Nağıyev İlkin iştirak edərək yüksək nəticələr əldə etmişlər. Ən yüksək nəticə 1933 yaşıdları arasından 49-cu yer Vl sinif şagirdi Ağayev Rəsul qazanmışdır. Məktəbin direktoru Əliyeva Zeynəb şagirdlərimizi təbrik edir, uğurlarımızın davamlı olmasını bildirdi.