Yoluxucu xəstəliklər

    Yoluxucu xəstəlikləri mikroorqanizmlər törədir. Həmin törədicilərin bir xəstədən digərinə yoluxması ilə də xəstəlik yayılmağa başlayır. Buna görə də belə xəstəliklər yoluxucu xəstəliklər adlanır. Bəzi mikroorqanizmlər vardır ki, onlar insan üçün faydalıdır. Onlar insan orqanizmində yaşayıb həm özləri faydalanır həm də insan üçün faydalı olurlar. Belə yaşayış növü simbioz adlanır. Əgər mikkroorqanizmlər zərər verirsə bu parazitlikdir. Bəzən iki müxtəlif orqanizmin birlikdə yaşamasından yalnız onlardan biri xeyir görür. Belə yaşayış növü kommensalizm adlanır.

Yoluxucu xəstəliklər bölümü tibbin sürətli inkişaf edən sahələrindəndir. Yeni mikroorqanizmlər, yeni virus əleyhinə dərmanlar, yeni antibiotiklər tapılır. Yoluxucu xəstəlikləri aktual edən odur ki, inkişafda olmasına baxmayaraq hələ də milyonlarla insan bu xəstəliklərdən əziyyət çəkir, bir neçəsinin hələ də tam müalicəsi yoxdur, insanlar və dünya dövlətləri bu xəstəliklərə hər il milyonlar xərcləyirlər.

Mikroorqanizmlər virus, bakteriya, göbələk, parazitlər, helmintlər və s. kimi qruplara bölünür. Buna uyğun yoluxucu xəstəliklər törədicilərinə görə qruplara bölünür. Yoluxucu xəstəliklərə infeksion xəstəliklər də deyilir. Latınca infectio yoluxucu deməkdir.

24.11.2023-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin biologiya müəllimi B.Rəsulova 6a sinif şagirdləri ilə bu mövzuda maarifləndirici söhbət apardı.Şagirdlərə bu mövzu ilə bağlı geniş məlumat verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi