Böyük şəhərlərin böyük problemləri

    H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 15.11.2023-cü il tarixdə 6e sinfin şagirdləri ilə coğrafiya fənn müəllimi Gülnarə Əzimovanın "Böyük şəhərlərin böyük problemləri"mövzusunda nümunəvi dərsi keçirildi. Tarix-coğrafiya aylığında keçirilən dərsə şagirdlər çox həvəslə hazırlaşmışdılar.Onlar dərslikdə olan məlumatları mövzuya uyğun öyrənməklə bərabər, əlavə digər mənbələrdən də çoxlu məlumatlar toplamışdılar. Yaradılmış üç qrup böyük şəhərlərdə yaranan problemləri doğru-dürüst sadalayır, onların yaranma səbəblərini söyləməklə həlli yollarını da göstərirdilər. Təqdimatlar qrupun üzvlərinin sıx əməkdaşlığı şəraitində təqdim olundu. İçməli su, məişət tullantıları, avtomobil tıxacları, mənzil problemləri haqqında olan dərs başa çatdı. Müəllim dərsdə qarşıya qoyulan məqsədə tam nail olduğunu bildirdi və şagirdləri istər qrup, istərsə də ayrı-ayrılıqda formativ qiymətləndirdi.

Dərsdə iştirak edən məktəbin direktoru Sevinc müəllimə və digər müəllimlər də dərsin gedişatı haqqında öz rəylərini söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi