Reproduktiv sağlamlıq

    Reproduktiv sağlamlığın təməli yeniyetmə dövründə yaranır və həyatın sonrakı mərhələsində qorunub mühafizə olunmalıdır. Reproduktiv sağlamlığın qorunmadı və mühafizəsi, sağlam ailələrin və ailə münasibətlərinin formalaşması bu günün aktual məsələlərindən biridir.

Reproduktiv sağlamlıq nəsil artımı qabiliyyətinin olması və azad seçim deməkdir. Reproduktiv sağlamlıq reproduktiv sistem, onun funksiya və proseslərinə aid olan bütün məsələlər daxil olmaqla insanın tam, fiziki, əqli və sosial rifah halı deməkdir.

12.10.2023-cü il tarixində H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə valideynlərlə "Reproduktiv sağlamlıq" mövzusunda görüş təşkil olundu. Görüşün məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarət oldu.

Maarifləndirmə işlərinin həyata keçirilməsində valideyn-məktəb münasibətlərinin, əməkdaşlığının zəruriliyi qeyd olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi