"9 noyabr-Bayraq günü"
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur. Hər il olduğu kimi bu il də 9 noyabr- Bayraq Günü məktəbimizdə qeyd olundu. Məktəb kollektivi, şagirdlər bu tədbirə böyük həvəslə hazırlaşmışdı. Tədbir dövlət himnimizin səslənməsi ilə başladı. Tədbiri açıq elan etmək üçün söz ilk olaraq məktəbi direktoru Reyhan Əliyevaya verildi: Reyhan müəllimə hamını bu gün münasibətilə təbrik etdi.Daha sonra tədbir iştirakçıları Bayraq gününə həsr olunmuş video çarx izlədilər. Şagirdlər müqəddəs bayrağımıza həsr olunmuş şeirlərlə çıxış etdilər. Daha sonra məruzə və çıxış etmək üçün söz müəllimlərə verildi. Məruzədə Dövlət bayrağımız, onun yaranma tarixi ölçüləri haqqında ətraflı məlumat verildi. Məruzədən sonra isə şagirdlər milli rəqslə çıxış etdilər. Şagirdlərin təqdim etdiyi milli rəqs tədbirə xüsusi gözəllik bəxş etdi. Daha sonra yuxarı sinif şagirdləri hazırladıqları mahnını təqdim etdilər. Mahnının ardınca ibtidai siniflər şeir parçaları ilə çıxış etdilər. Sonda isə tədbir Məmməd Əmin Rəsulzadənin "Bir kərə yüksələn bayraq, bir daha enməz" ifadəsi ilə yekunlaşdı. Arzu edirik ki, dövlət bayrağımız Qarabağda dalğalansın!