"Son zəng" tədbiri keçirildi

          14.06.2025-ci il tarixdə 122 nömrəli ümumi orta məktəbdə “Son Zəng” tədbiri keçirildi. Tədbirdə Dövlət Himni səsləndirildi və daha sonra Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Məzunları məktəb direktoru Sevinc Əliyeva və məktəbin müəllimləri təbrik edib uğurlar və müvəffəqiyyətlər dilədilər. Həmçinin, valideynlərdən də ürək sözlərini çatdıranlar oldu. Şagirdlər tərəfindən tədbirdə rəqs və musiqi parçaları səsləndirildi. Tədbir 9-cu sinif şagirdləri üçün son zəngin çalınması ilə yekunlaşdı.

        Eləcə də qeyd edək ki, bu il ilk dəfə olaraq 122 nömrəli məktəbin 9-cu sinif şagirdləri arasında buraxılış imtahanında 200-dən çox bal toplayan şagirdlərimiz var. Həmin şagirdlər Əlizadə Atlas 223 bal, Mikayılov Hüseyn 212 bal, Rəhmanov Hüseyn 231 bal toplayaraq uğurlu nəticə göstərmişlər. Tədbir zamanı şagirdlər təşəkkürnamə ilə təltif olundular.

         Qeyd edək ki, 2024/2025-ci tədris ilində 122 №li ümumi məktəbin 9-cu sinifdən 12 nəfər şagird məzun oldu.

         Hər bir şagirdə həyatlarının növbəti mərhələsində məktəb adından uğurlar diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi