II yarımilin Böyük Summativ Qiymətləndirməsinin aparılmasına start verilib

        122 №li ümumi orta məktəbdə 2024 - 2025-ci tədris ili üçün II yarımilin Böyük Summativ Qiymətləndirməsinin aparılmasına start verilib. BŞTİ müvafiq göstərişinə və məktəb direktorunun BSQ 2-nin keçirilməsi barədə imzalanmış əmrinə uyğun olaraq təşkil olunmuşdur.

        BSQ-lər bütün siniflər üzrə rəqəmsal formada təşkil olunmuşdur. Məktəbdə BSQ-nin obyektivliyini və şəffaflığını müşahidə etmək, şagirdlərin rahatlığını təmin etmək üçün lazımi şərait yaradılmışdır.

        Böyük summativ qiymətləndirmənin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi