“İmtahan həyacanı”

Hər kəs həyatında bir dəfə də olsa imtahanla qarşılaşır.Odur ki, imtahan həyəcanı heç kimə yad deyil.İmtahan nə qədər əhəmiyyətlidirsə,həyəcan bir o qədər çoxdur.Buraxılış imtahanı kimi həyatımızda çox böyük əhəmiyyət kəsb edən imtahan isə xüsusi həyəcan doğurur.Şagirdlərdə imtahan həyəcanını aradan qaldırmaq məqsədi ilə 122№li məktəbin psixoloqu Rzayeva  Xəyalə IX sinifdə  12 nəfər şagirdin iştirakı ilə dəyirmi masa keçirib, imtahanda həyəcanı  necə  dəf etməyin  yollarından danışılıb.

İmtahan yaxınlaşdıqca həyəcan daha da artır.Əgər imtahan verən şagird özünə inamlı deyilsə,həyacanlıdırsa,bu ona biliyini toplamağa,diqqətini mərkəzləşdirməyə mane olur.Buna görə də imtahana qədər olan vaxtda özünə inam hissini və enerjini itirməmək üçün əvvəlcə sakitləşmək,imtahanın uğurlu keçəcəyinə özünü yönəltmək,küyə düşməmək çox vacibdir.Bunun üçün şagirdlərə nəfəs texnikaları və tövsiyyələr verilib.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi