İdman həftəsinin IV günü - Sağlam həyat tərzi

Bilirik ki, sağlamlıq insana bəxş edilən ən dəyərli nemətlərdən biridir. Bunun üçün biz daim sağlamlığımızın qayğısına qalmalı, pis vərdişlərdən, sağlamlığımıza ziyan vuran mənfi əməllərdən çəkinməliyik. Beləliklə, 07.03.2025-ci il tarixdə məktəbimizin 9-cu sinif şagirdləri ilə bu mövzuda maarifləndirici tədbir keçirildi. Şagirdlərlə söhbət zamanı sağlamlığın şərtləri-düzgün qidalanma,sağlam yuxu, pis vərdişlərdən uzaq olmaq, emosional-psixoloji durum, fiziki aktivlik haqqında ətraflı məlumat verildi. Mövzu ilə bağlı videoçarxlar və slaydlar nümayiş olundu. Həmçinin mövzu ilə əlaqədar şagirdlərin də fikirləri dinlənildi. Sonda bir daha vurğulandı ki,sağlam yaşamaq və sağlam qalmaq hər kəsin öz əlindədir. Biz hər birimiz hər zaman sağlamlığımızın keşiyində durmalıyıq. Bu nəinki bizim üçün, həmçinin gələcək nəslimiz üçün də çox əhəmiyyətlidir.