İdman həftəsinin I günü - səhər gimnastikası və onun faydaları

Təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı məqsədi ilə 4 – 10 mart 2025-ci il tarixləri “İdman həftəsi” elan olunmuşdur. Bu məqsədlə məktəbimizdə 3 Mart 2025-ci il tarixdə verilmiş proqrama uyğun olaraq fiziki tərbiyə müəllimi Eldəniz Məmmədov şagirdlərlə idman zalında səhər gimnastikası təşkil etmişdir və şagirdlərə dərs zamanı idmanın faydaları haqqında məlumatlar vermişdir.