Xocalı soyqırımı

Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur. Artıq bu qanlı tarixdən 33 il keçir.
26.02.2025-ci il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Fəridə Əliyeva tərəfindən 6 a sinfində tədbir təşkil olundu. Tədbir zamanı şagirdlər Xocalıya həsr olunmuş şeir parçaları ilə çıxış etdilər. Tədbir zamanı şagirdlərə məlumatlandırıcı slaydlar, qısametrajlı filmlər təqdim olundu. Eləcə də, ibtidai siniflərdə Xocalı faciəsi qurbanları yad olunub. Şagirdlər xocalı faciəsi və vətən haqqında hazırladıqları şeirləri ilə çıxış ediblər.
Xocalı soyqırımı ilə əlaqəli şagirdlərin hazırladıqları divar qəzetləri sərgiləndi.
Məqsəd şagirdlərin milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri unutdurmamaqdır.