Kimya aylığı ilə əlaqədar “Elm, texologiya, həyat” mövzusunda nümunəvi dərs keçirildi

17.12.2024-cü il tarixdə “Fizika və Kimya” aylığı ilə əlaqəli “Elm, texologiya, həyat” mövzusunda 7 a sinfində nümunəvi dərs keçirildi. Dərs məktəbin kimya müəllimi Nuranə Məmmədova tərəfindən təşkil olunmuşdu. Şagirdlər dərs zamanı 3 qrupa ayrılmışdı və hazırladıqları slaydları təqdim etdilər. Havanı, suyu və torpağı çirkləndirən bəzi mənbələr və təbiəti çirkləndirən amillərin qarşısının alınması ilə bağlı yaxından müzakirələr aparıldı. Dərs zamanı Nuranə müəllim təbiətin çirklənməsinin əsas səbəblərindən birinin insan oldğununu və eləcə də, istehsalat tullantılarının, yəni məişət və sənaye tullantılarının təbiətə atılması ilə əlaqədər olduğunu qeyd etdi. "Havanın bu dərəcədə çirklənməsinin səbəbi nədir?" və "Təbiətdə sərbəst şəkildə tapılan hansı maddələri tanıyırlar" ətrafında sual-cavab aparıldı.
Evimizi və ətrafımızı təmiz saxladığımız kimi, ətraf mühiti də təmiz saxlamaq, ona qayğıkeş münasibət göstərmək, təbii ehtiyatlardan səmərəli istifadə etmək borcumuzdur. Təmiz hava ilə nəfəs almaq, təmiz su içmək, orqanizm üçün faydalı olan məhsullar yetişdirmək günümüzün vacib məsələlərindəndir.
Qeyd edək ki, məktəbdə şagirdlərin “Fizika və Kimya” aylığı ilə əlaqəli hazırladıqları divar qəzeti də sərgilənir.