Ətraf mühitin qorunması balacaların gözü ilə

          16.04.2024-cü il tarixdə I və II komplekt siniflərdə sinif rəhbəri Ülkər Zeynalzadə tərəfindən həyat bilgisi dərsində maarifləndirici dərs keçirildi. Dəsr “Yaşıl dünya ilə tanış olaq” və “Ətraf mühitin qorunması”na həsr olunmuşdu. Uşaqlara dünyanı və ölkəmizi bir sıra qlobal problemlərdən mühafizə etməyi və qorumağın vacib məqamları çatdırılıb. Eləcə də, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası vəartırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəliistifadənin necə təmin edilməsi haqqında məlumatlar verilib.

          Dərs zamanı şagirdlər əl işləri və məlumatlandırıcı lövhə hazırlayıblar. Sonda ətraf mühitin qorunması ilə əlaqəli şeirlər səsləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi