Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş dərs keçirildi

           17.04.2024-cü il tarixində 122 №li ümumi orta məktəbin VIII sinfində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş dərs keçirildi. Dərs məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Fəridə Əliyeva tərəfindən təşkil olunmuşdu. 

            Dərsdə şagirdlərə M.Füzulinin həyatı və yaradıcılığı haqqında məlumat verildi. Şagirdlər tərəfindən sənətkarın qəzəlləri səsləndi. Şagirdlərə videoçarx şəklində Füzuli kontatası, “Leyli və Məcnun” operasından “Anasının Leyliyə məsləhəti” hissəsi nümayiş olundu. Şairin qəzəlləri müxtəlif qiraətçilərin ifasında səsləndirildi. Həmçinin şəhid Polkovnik Füzuli Cavadovun ifasında da dahi Füzulinin qəzəli videoçarx səklində təqdim olundu. Şairin “Məni candan usandırdı” qəzəli müəllim köməyi ilə şagirdlərlə birgə təhlil olundu.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi