"Vətənpərvər" başlığı altında anket sorğusu keçirildi

         15.04.2024-cü il tarixdə "Vətənpərvər" başlığı altında anket sorğusu keçirildi. Sorğu V, VI və VII siniflərdə məktəbin UBR-i Nigar Əliyeva tərəfindən təşkil olundu.

          Cənab Prezident İlham Əliyev öz çıxışlarında uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin vacibliyini dönə-dönə vurğulamış, bu işin dövlətin təhsil, gənclər siyasətinin prioritet məsələlərindən biri olduğunu diqqətə çatdıraraq demişdir: “Biz böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsinə çox böyük əhəmiyyət veririk. Bu bizim inkişafımızın əsası, hər bir xalqın inkişafının əsasıdır”. Həqiətən də, hər bir xalqın inkişafı ilk öncə onun vətəndaşlarının vətənə verdiyi dəyərdən irəli gəlir. Buna görə də vətənpərlik mövzusu məktəb tərəfindən hər zaman şagirdlərə aşılanır. Elə bu sorğunun da keçirilməsində əsas məqsəd vətənimizi qorumaqda canından keçən şəhidlərimizin və əsas tarixi məlumatların vacibliyini bir daha şagirdlərin diqqətinə çatırmaqdan ibarət oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi