Beynəlxalq Ana Dili Günü

         21.02.2024-cü il tarixində 122 №li məktəbin VI sinfində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Fəridə Əliyeva tərəfindən Beynəlxalq Ana Dili Gününə həsr olunmuş dərs keçirildi.

         Dərsdə ana dilimizin tarixi, qədimliyi, zənginliyi, əsrlərlə keçdiyi keşməkeşli yol və buna baxmayaraq öz varlığını qoruması haqqında şagirdlərə məlumat verildi.

         Şagirdlərin də dil haqqında müxtəlif mövzularda təqdimatları dinlənildi. Həmçinin müasir dövrdə dilimizdə olan problemlərdən və onların aradan qaldırılması yollarından söz açıldı.

         Ümummilli lider Heydər Əliyevin dil haqqında fikirləri, çıxışları videoçarx vasitəsilə şagirdlərə nümayiş etdirildi. Ana dilimiz haqqında yazılmış müxtəlif şeirlər, mahnılar dinlənildi.

         Eləcə də, I və II komplekt sinfin rəhbəri Ülkər Zeynalzadə tərəfindən şagirdlərə Beynəlxalq Ana Dili Günü ilə bağlı məlumatlar verildi. Şagirdlər dilimizə daxil olmuş yanlış sözlərin düzgün formasını öyrəndilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi