Vətənpərvərlik ruhunun təbliği

          18.12.2023-cü il tarixdə I və II komplekt siniflərdə "Vətənpərvərlik ruhu" başlığı altında dərs keçirildi. Dərs I və II siniflərin rəhbəri Ülkər Zeynalzadə tərəfindən təşkil olundu. Dərsdə şagirdlər qrup halında kağızlardan toplayıb, kəsdikləri məlumat və şəkillərdən "Zəfər çələngi" hazırladılar. 

Məktəbin, müəllimin vəzifəsi təkcə bilik vermək, hansısa elmin sirlərini açıqlamaq deyil, həm də Vətənə layiqli şəxsiyyət yetişdirməkdi. Məktəblərdə uşaqlara ilkin vətənpərvərlik hissinin aşılanması müxtəlif üsullarla - onlara vətənpərvərlik mövzusunda mahnı və şeirlər öyrətmək, dövlət atributlarının şəkillərini çəkdirmək və s. vasitələrlə öyrədilir. Davamlı olaraq mövzulara uyğun olaraq və sinif saatlarında uşaqlarda Vətən sevgisinin təbliğinə xüsusi diqqət ayrılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi