20 Yanvar Qan yaddaşımızdır

          17 yanvar 2020-ci il tarixində məktəbimizdə “20 Yanvar Qan yaddaşı-mızın 30 illiyinə dair kiçik tədbir keçirildi. Tədbirdə müəllim şagirdlərə “20 Yanvar” haqqında geniş məlumat verdi. Daha sonra şagirdlər şəhidlərə it-haf olunan şeirləri söyləyib, mahnıları oxudular. Onlar hazırladıqları səhnəcəkləri şagird yoldaşlarına və müəllimlərə təqdim etdilər.

          Şagirdlər bu tədbirdə 20 Yanvar 1990- cı ildə Azərbaycan xalqının başına gətirilən müsibətləri öyrənib mənfur düşmənlərə qarşı daha da artıq nifrət bəslədilər.

          Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 yanvar gecəsi neçə-neçə şəhidlərimiz qurban getdi. Sinəsini sipər edən şəhidlərin sayəsində biz bu gün müstəqilik. Hər birimiz Vətən keşiyində durmalı, lazım gələrsə şəhid olmağı bacarmalıyıq. Uğrunda ölən varsa, Vətəndir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi