Nailiyyətlərimiz

''Intellektual oyun'' birincisi18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi gününə həsr olunmuş “Nə?Harda?Nə zaman?” intellektual oyunu üzrə Xəzər rayonu məktəbləri arasında yarış keçirilib.Yarış Xəzər Rayon İcra Hakimiyyətinin,Rayon Gənclər və İdman İdarəsinin və Gənclər Evinin təşkilatçılığı ilə baş tutub. Yarış hər mərhələdə on sual olmaqla iki mərhələdə keçirilib.Suallar intellektual mövzuları və ümumi dünya görüşünü əhatə edib.Hər məktəbin komandası 5 nəfərdən ibarət olub.Beləliklə,gərgin keçən mübarizənin sonunda Ə.Quliyev adəna 121№-li tam orta məktəbin XIb sinif şagirdləri birinci yerə layiq görülüblər.Qalib komandanın üzvləri təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıb.

Ulduz BalamMəktəbimizin 2-ci sinif şagirdi Əsgərov Yusif Ulduz Balam istedad yarışında birinci yerə layiq görülmüşdür.

Lider komandası29 aprel 2019-cu il tarixdə Bakı şəhərinin 12 inzibati rayonunun məktəbləri arasında təşkil olonmuş “Dəyərlərimizi öyrənək” mövzusunda keçirilən intellektual yarışmada məktəbimizi “Lider” komandası təmsil edirdi.Komandanın üzvləri: XI sinif şagirdi Həsən Əlizadə,X sinif şagirdləri Elmir Yəhyayev,Nicat Əhmədov,Nailə Əliyeva,IX sinif şagirdləri Esmira Atazadə və Taleh Paşazadə yüksək bilik və bacarıq nümayiş etdirərək Bakı şəhəri üzrə III yerə layiq görüldülər.Təşkilat komitəsi tərəfindən komandanın hər bir üzvü sertifikatla təltif olundular.

HAQQIMIZDA
Məktəb şəhid Əmirəhməd Quliyevin adını daşıyır.121 №li tam orta məktəb 1934-cü ildən fəaliyyətə başlamış,9 sinif otağından ibarət olmuşdur.1995-ci ilədək məktəb natamam orta məktəb statusunda olmuşdur.1995/96-cı tədris ilindən tam orta məktəb statusu...
BİZİM FƏXRLƏRİMİZ

Rza Xəlili Sübahət

Əliyeva Gülzaman Şıxəli

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi