Yaşıl dünya

    İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə prezident İlham Əliyev Azərbaycan Respublikasında 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etmişdir. Bu baxımdan 120 nömrəli tam orta məktəbin bir sıra tədbirləri və fəaliyyətləri olmuşdur. Bu fəaliyyətlərdən biri də şagirdlər tərəfindən divar qəzetlərinin hazırlanmasıdır. Belə ki, siniflər üzrə şagirdlər öz düşüncələri ilə dünyamızın indiki vəziyyətini və necə görmək istədiklərini və buna nail olmaq üçün nələrin edilməli olduğunu divar qəzetlərində həm şəkil olaraq təsvir etmişlər, həm də fikir olaraq qeyd etmişlər. Mövzu ilə əlaqədar 6B və 6Ç sinif şagirdləri də əl işlərindən ibarət sərgilərini nümayiş etdirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi