31 Mart Azərbaycanlıların "Soyqırım günü" kimi qeyd olunur

    Azərbaycan tarixinə şanlı səhifələrlə yanaşı, faciələr və soyqrımlarla dolu səhifələr də yazılıb. Belə dəhşətli hadisələrdən biri də 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Azətbaycan xalqına qarşı törədilmiş bu soyqırım öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi sürətdə qətlə yetirdilər. Azərbaycanlılara qarşı təşkil edilən bu dəhşətli soyqırım Bakı, Şamaxı, Quba, Zəngəzur, Lənkəran, Qarabağada minlərlə soydaşlarımızın qətli ilə nəticələndi. Ümumilikdə 50 minə yaxın azərbaycanlı soyqırım qurbanına çevrildi.

    Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 Mart Azərbaycanlıların "Soyqırım günü" kimi qeyd olunur.

    Bu sərəncam soyqırım aktlarına siyasi-hüquqi qiymət verilməsi, bu sahədə aparılan tədqiqatlarda həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi.

    Hər il martın 31 ölkəmizdə faciə qurbanları yad edilir, xüsusi ehtiramla anılır. 29.03.2024-cü il tarixində Xəzər rayonu N.Yaqubov adına 120 nömrəli tam orta məktəbin tarix müəllimi Təhminə Səfərovanın rəhbərliyi ilə həmin məktəbin 6D sinif şagirdləri ilə 31 Mart - Dünya Azərbaycanlılarının Soyqırım Günü ilə əlaqədar söhbət aparıldı və soyqırım qurbanları haqqında şagirdlərə ətaflı məlumat verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi