"Sağam həyat tərzi və reproduktiv sağlamlıq" sahasində maarifləndirmə işinin növbəti mərhələsi

    "Sağam həyat tərzi və reproduktiv sağlamlıq" sahəsində maarifləndirmə işinin növbəti mərhələsi 8-ci siniflərdə "Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır", 9-cu siniflərdə "Gəncliyin ilk baharı" mövzularında keçirilmişdir. Məktəbimizin kimya və biologiya müəllimi Yasəmən Quliyeva 8- ci siniflərlə şəxsi və ümumi gigiyena qaydaları, ətraf mühitin insan sağlamlığına təsiri və düzgün qidalanma haqqında maarifləndirici söhbət apardı. 

    9-cu siniflərdə təhsil alan qızlarla məktəbin biologiya müəllimi Sənubər Kasumova və məktəbin tibb bacısı Vüsalə Babayeva, 9-cu sinfin oğlanları ilə məktəbin hərbi rəhbəri Azər Sadıqov tərəfindən yetişkənlik dövrünün əsas əlamətləri, sosial münasibətlərdə, fiziki və psixiemosional sahədə baş verən dəyişikliklər barədə söhbət aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi