IV siniflər üzrə ingilis dili fənnindən monitorinq

Məktəbin İllik Faliyyət Planına uyğun olaraq buraxılış siniflərində buraxılış fənnlərinin tədrisi,mövcud vəziyyəti haqqında məlumat almaq və şagird nailiyyətini izləmək məqsədilə,təlim-tərbiyə işləri üzrə direktor müavini Şəfiqə Həsənovanın təşkilatçılığı ilə IV siniflərdə ingilis dilindən monitorinq yoxlama keçirildi.Monitorinq zamanı hər sinfə rəhbərlik tərəfindən təlimatlanmış iki nəfər nəzarətçi təyin olunmuşdu.Şagirdlər onlar üçün tərtib olunmuş vərəqlərdə 20 sualdan ibarət,müxtəlif səviyyələr üzrə hazırlanmış test tapşırıqlarını 45 dəqiqə ərzində cavablandırdılar.Aparılan monitorinq tam şəffaf şəkildə həyata keçirildi.Nəticələr qısa vaxt ərzində müzakirəyə veriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi