Nəsimi poeziyasının işığında

 Məktəbin Azərbaycan dili və ədəiyyat müəllimi Ayşat Qasımova VIII və IX sinif şagirdləri arasında məktəb rəhbərliyi və fənn müəllimlərinin iştirakı ilə böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş "Nəsimi yaradıclığında ümumbəşəri ideyalar"mövzusunda şeir müsabiqəsi keçirdi. Nəsimi irsinin öyrənilməsi istiqamətində müəyyən tədqiqatlar aparmış VIII və IX sinif şagirdləri şairin qəzəllərindən nümunələrlə çıxış etdilər. Nəsimi yaradıclığının dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını,humanist ideyalarını öz çıxışları ilə tərənnüm edən şagirdlər rəhbərlik və fənn müəllimləri tərəfindən müxtəlif ballarla qiymətləndirildilər. Müsabiqənin sonunda məktəbin direktoru Nizaməddin Ağcayev yüksək nəticə göstərən şagirdləri təbrik edərək, belə müsabiqələrin təqdirəlayiq olduğunu bildirdi və fənn müəllimlərinə bu səpgidə həvəsləndirici və qiymətləndirici müsabiqələrin gələcəkdə də təşkil olunmasını tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi