118 nömrəli tam orta məktəbdə "8 Mart - Beynəlxalq Qadınlar günü "münasibətilə tədbir keçirildi

6 Mart 2015-ci il tarixində 118 №-li tam orta məktəbdə "8 Mart - Beynəlxalq Qadınlar Günü"-nə həsr olunmuş "Qadın gülərsə əgər".....adlı tədbiri keçirilmişdir. Tədbirin təşkilatçısı məktəbin riyaziyyat müəllimi Nabat Şirəliyeva tədbiri açıq elan edərək bayramın tarixi haqqında ətraflı məlumat vermiş, qadınların cəmiyyətin bütün sahələrində danılmaz rolunu qeyd etmişdir. İqtisadiyyat, incəsənət, idman, səhiyyə, təhsil və s. sektorlarda çalışan xanımların nəinki respublikamızda, həm də beynəlxalq aləmdə göstərdikləri uğurların dövlət quruculuğunda nə qədər yüksək amil olduğunu hamının nəzərinə çatdırmışdır. İlk növbədə Azərbaycanın I xanımı, UNESKO və İSESKO-nun Xoş məramlı səfiri Mehriban xanım Əliyevanın millətyönümlü fəaliyyətinin, xanımlarımızın cəmiyyətin həyatında yüksələn xətt üzrə irəliləyə biləcəyinin mümkünlüyünün bariz nümunəsi olduğunu iştirakçıların nəzərinə çatdırdı. Tədbirdə məktəbin bütün müəllim və şagird kollektivi iştirak etdi. Şagirdlərin ifasında bir-birindən gözəl, rəngarəng çıxışlar tədbirə xüsusi zövq verdi. Çıxışlardakı ana adına verilən yüksək qiymət, sevgi ümmanındakı kiçik damlaya bənzəyirdı. Poeziya və musiqi çələngini xatırladan Məmmədova Şəhanə, Almasova Dürsədəf, Almasova Rəhimə, Rəhmanova Nəzakət, Məmmədova Sevginin ifalarında böyük, əzəmətli, qüdrətli eyni zamanda zərif, kövrək və ülvi hisslərlə dolu ana ürəyi əks olunurdu. Məktəbin direktoru Ağcayev N. çıxışında məktəbin bütün qadın kollektivini səmimi qəlbdən təbrik edərək xanımlara öz hörmət və ehtiramını bildirdi.Tədbir maraqlı sonluqla başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi