Fənn metodbirləşmə rəhbərləri ilə iclas.
Məktəbin illik Fəaliyyət Planına uyğun olaraq məktəb rəhbərliyinin iştirakı ilə fənn metodbirləşmə rəhbərləri ilə iclas keçirildi.İclasda cari dərs ilində metodiki işin təşkili və həyata keçirilməsi istiqamətləri müzakirə olundu.Metodbirləşmə rəhbərləri öhdələrinə düşən işlərin qeydiyyatını apardılar.Məktəbin direktoru və direktor müavinləri öz çıxışlarında Metodiki Şuranın fəaliyyətinin gücləndirilməsi və daha səmərəli şəkildə fəaliyyət göstərməsi üçün öz metodiki tövsiyə və tapşırıqlarını verdilər.