«TORPAQ, UĞRUNDA ÖLƏN VARSA, VƏTƏNDİR»

Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş, milyonlarla insanın taleyində əks olunmuşdur. Müharibə 1988-ci ildən başlayaraq Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı irəli sürdüyü ərazi iddialarına əsaslanan Qarabağ münaqişəsinin davamı olmuşdur. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəslə başa çatmışdır. İxtilafın nəticəsində 30.000 yaxın insan həlak olmuş, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətrafında yerləşən 7 inzibati rayonu Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalmışdır. 1993-cü ildə silahlı münaqişənin genişlənməsi nəticəsində BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilmişdir: 1993-cü il 30 aprel, 29 iyul, 14 oktyabr və 12 noyabr. Bu sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiq edilmiş və “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu” ifadəsi qəbul olunmuşdur. Buna baxmayaraq erməni tərəfi münaqişəli vəziyyəti illər boyu gərginləşdirirərək öz çirkin niyyətlərinin həyata keçirmək üçün bütün vasitələrə əl atır. Son günlərdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində qarşıdurma zamanı Azərbaycan Respublikası Silahli qüvvələri tərəfindən aparılan cavab əməliyyatları nəticəsində uğursuzluğa düçar olan qarşı tərəfin-Ermənistanın hərbi və siyasi rəhbərliyinin məğlubiyyətlə qarşılaşması vətəndaşlarımızın böyük ruh yüksəkliyinə səbəb olmuşdur. İşğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə bölmələrimizin son günlərdə keçirdiyi hərbi əməliyyatlarda iştirak etmək üçün Azərbaycanın minlərlə vətənpərvər oğul və qızları müraciət ünvanlayaraq Silahlı Qüvvələrə səfərbər olunmağa hazır olduqlarını bildirmişlər. Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli və əzmkar mövqeyi istər vətənimizdə, istərsə də respublikamızdan kənarda yaşayan soydaşlarımızda böyük coşqu yaratmışdır. Cənab Prezidentin «Bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaqdır. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Bununla bərabər, biz Ordumuzun gücünü daha da artıracağıq. Ona görə artıracağıq ki, bax, bu təxribatlar, erməni təxribatları cavabsız qalmasın. Bir daha demək istəyirəm ki, bu gün – aprelin 2-si Azərbaycan Ordusunun tarixində parlaq qələbə günü kimi qalacaqdır. Azərbaycan Ordusunu, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətini bu böyük qələbə münasibətilə təbrik edirəm» kimi fikirləri qələbəyə olan inamı daha da artırmırşdır. Bununla əlaqədar, təhsil ictimaiyyəti də fəal mövqe nümayiş etdirmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevanın məktəb kollektivində vətənpərvərlik hisslərinin təbliğinin düzgün formalaşmasında xüsusi əhəmiyyəti olan tədbirlərin həyata keçirilməsi ilə əlaqədar Bakı şəhərinin tabeçiliyində olan ümumi təhsil müəssisələrinin rəhbərlərinə ünvanladığı 12.04.2016-ci il tarixli müraciəti 118 №-li tam orta məktəbin rəhbərliyi tərəfindən kollektivə təqdim olunmuş və rəğbətlə qarşılanmışdır. Direktor N. Ağcayevin əmri ilə silsilə tədbirlərinin keçirilməsinə start verilmişdir. Məktəbin tarix müəllimi Şəfiqə Həsənova 8b sinfi ilə «Azərbaycanın zəngin hərbi tarixi keçmişi» mövzusundakı açıq dərsini tarix muzeyində keçirmişdir. Burada o, şagirdləri əyani olaraq müxtəlif dövrlərdə xalqımızın yaşadığı məşəqqətli və eyni zamanda şərəfli keçmişinin gedişatı, səbəb və nəticələri ilə geniş məlumatlandırmışdır. Bununla yanaşı, «Azərbaycan və Türkiyənin dostluğu, qardaşlığı dönməzdir və əbəbdidir» mövzusunda 7ç sinfində tarix müəllimi Gülər Osmanova tədbir keçirmişdir. Tədbirdə şəhidlərimizin ruhu yad edilmişdir. Şagirdlərin ifasinda Azərbaycan və Türkiyə dövlətləri arasındakı sarsılmaz və əbədi birliyi əks etdirən şeir, mahnı və tamaşa diqqətə çatdırılmışdır. Məktəbin direktoru Nizaməddin Ağcayev öz münasibətini bildirərək kollektivi əldə etdiyimiz qələbə münasibətilə təbrik etmiş və vətənin, xalqın, millətin rifahı üçün daha da yüksək nailiyyətlərə qazanmaq məqsədilə əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi