Şagirdlərin Fəxri Xiyabana ziyarəti
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən respublikada silsilə tədbirlər keçirilir. Bununla əlaqədar AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli dəvəti ilə Cəlil Məmmədquluzadənin nəslinin davamçıları olan, ədibin Polşada yaşayan nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri 17-19 noyabr 2019-cu il tarixlərdə Azərbaycanda olmuş, C.Məmmədquluzadənin ev muzeyinin təmirdən sonra açılışında iştirak etmişlər."Məktəbin İllik Fəaliyyət Planı"na daxil olan, Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-531 nömrəli sərəncamından irəli gələn tələblərin icrasına uyğun olaraq Azərbaycanın görkəmli ədib və mütəfəkkirlərinin yaradıcılığına həsr olunmuş tədbirlər müntəzəm olaraq həyata keçirir. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Ülkər Yaqubova 7"A" sinfində Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar, ədibin yaradıcılığına həsr olunmuş dəyirmi masa və "Danabaş kəndinin əhvalatları" əsərinin müzakirəsini keçirəcəkdir. Ülkər Yaqubova və 7"A" sinif şagirdləri Fəxri Xiyabanda ilk öncə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etdilər. Daha sonra böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin və Azərbaycanın digər tanınmış şair və yazıçılarının əziz xatirəsini yad etdilər.