Uşaq hüquqlarının müdafiəsi ilə bağlı deputatla görüş

     Bakı şəhəri Ələddin Məmmədov adına 76№-li tam orta məktəbdə Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin uzvü, millət vəkili Sevinc Fətəliyevanın təşəbbüsü ilə Hövsan qəsəbəsində yerləşən tam orta məktəblərin yuxarı sinif şagirdlərinin, müəllimlərinin, psixoloqların iştirak etdiyi tədbir keçirildi. 18 noyabr-“Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi günü” və 20 noyabr Uşaq hüquqları Konvensiyasının qəbul olunmasının 30 illiyi ilə əlaqədar “Hüquqlarımız bizə nəyi öyrədir” mövzusunda keçirilən görüşdə məktəblilərin suallarına cavab verən millət vəkili Sevinc Fətəliyeva uşaq siyasətinin dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd etdi, ötən illər ərzində uşaqların həyatı, onların hüquqlarının müdafiəsi, inkişafı ilə bağlı çox böyük işlər görüldüyü, ölkəmizdə güclü qanunvericilik bazası yaradıldığı barədə məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi