Bullinqə yox deyək!
Məktəbdə sağlam emosianal mühitin yaradılması istiqamətində müəyyən işlər aparılır.Bu məqsədlə məktəbin tərbiyə işləri üzrə direktor müavini Cavid Cəfərzadənin təşkilatçılığı ilə bullinq haqqında 5 ci sinif şagirdlərinin də iştirak etdiyi tədbir keçirildi.Tədbirdə antibullinq siyasətinin mahiyyəti,aradan qaldırlıması, bullinqdən necə qorunmağın yolları haqqında məlumat verildi. Cavid müəllim və UBTR Sinarə Məmmədova şagirdlərə bullinq haqqında informasiya verdi. Məktəbin psixoloqu çıxış edərək bildirdi ki, dünyada aparılan araşdırmaların nəticəsindən uşaqların qarşılaşdığı zorakılıq faktlarının əsas faizini fiziki zorakılıq ,emosianal zorakılıq və psixi zorakılıq təşkil edir. Bullinqə məruz qalanlar 12-16 yaş arasıdır.Məktəbin direktoru Nizaməddin Ağcayev şagirdlərə bullinqə məruz qalarkən təhsil aldıqları məktəbin rəhbərliyinə ,psixoloqa müraciət etmələrini tövsiyə etdi.