"Ölkəmizi tanıt" layihəsində şagirdlərlə Gəncə-Göygöl ekskursiyası
Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın şəhər və rayonlarının 9-11-ci sinif şagirdlərinin ölkəmizi daha yaxından tanıması, onun tarixini, mədəniyyətini, adət-ənənələrini dərindən öyrənməsi, tarixi-mədəni irsimizə sədaqət və hörmət ruhunda tərbiyə olunması, müstəqillik illərində qazanılan nailiyyətləri öz gözləri ilə görmələri üçün 2014-cü ilin avqust ayından başlayaraq Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin təşkilatçılığı ilə şəhər və rayon icra hakimiyyətləri tərəfindən bölgələrə maarifləndirici tur-aksiyalar təşkil olundu. Bu lahiyə çərçivəsində Suraxanı rayon məktəbləri şagirdləri qrupun rəhbəri 118 nömrəli tam orta məktəbin direktoru Nizaməddin Ağcayev olmaqla Gəncə-Göygöy istiqamətində ekskursiyada oldular.Şagirdlər qədim tarixə malik olan şəhərlərimiz haqqında məlumatlar əldə etdilər.21.11.2019-cu il tarixdə lahiyə başa çatdı və şagirdlər çox gözəl təəssüratlarla geri döndülər.