Fırtınalı nəhrlər tək coşub-daşan bayrağım

      Bayraq - bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, dövlət rəmzi olub, müharibələr zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır.
     Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir.
     1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
     Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.08.2019-cu il tarixli, F-531 nömrəli əmrinə əsasən, məktəbin "İllik Fəaliyyət Planı"na uyğun olaraq 9 noyabr- Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar yekun tədbir məktəbin informatika müəllimi Günay Şahverdiyeva, musiqi müəllimi Səhər Heydərlinin təşkilatçılığı ilə keçirildi. Tədbirdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim olundu. Məktəbin direktoru Nizaməddin Ağcayev öz çıxışında 90-cı illərdə respublikada mövcud vəziyyətdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada bayrağımızın uzun illərdən sonra ilk dəfə Dövlət bayrağı elan etməsini, bundan əlavə, ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" sərəncamının əhəmiyyətini, müstəqil Azərbaycanın dövlət bayrağı haqqında Ümummilli liderin "Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir" fikirlərini xüsusi vurğuladı, müəllim və şagird heyətini Bayraq Günü münasibətilə təbrik etdi. Məktəbin direktor müavinləri Elşən Muqumov və Cavid Cəfərzadə də kollektivi 9 Noyabr- Dövlət Bayrağı Günü münasibətilə təbrik etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi