“Multikulturalizm sözdə və əməldə” mövzusunda açıq dərs

  Məktəb direktoru,təlim-tərbiyə işləri üzrə ,tərbiyə işləri üzrə direktor müavinləri və fənn müəllimlərinin iştirakı ilə 7A sinfində Təhsil Nazirinin 15.01.2019-cu il, F-18 saylı əmrinin icrası və məktəbin illik fəaliyyət planına uyğun olaraq “Multikulturalizm sözdə və əməldə” mövzusunda UBTR Məmmədova Sinarənin təşkilatçılığı ilə dəyirmi masa keçirildi.Dəyirmi masada Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı ,ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh,əmin-amanlıq,qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı bir dövlət olduğu barədə şagirdlərə məlumat verildi,onların maraq dairəsində olan suallar cavablandırlıdı,video çarxlar nümayiş etdirlidi.Məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edərək, Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugün ki, tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə əks olunduğunu vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi