Xürrəmilər hərəkatı şagirdlərin gözü ilə.
Məktəbin tarix müəllimi Samara Abbasova 5c sinfində "40 il kölə yaşamaqdansa, bir gün azad yaşamaq..." mövzusunda açıq dərs keçirdi. Açıq dərsdə Samara müəllim Babəkin başçılığı ilə Xürrəmilər hərəkatı haqqında ətraflı məlumat verdi. Cütərlə aparılan tədqiqat işində, şagirdlər verilən tapşırıqları təqdim etdikdən sonra, müzakirələr sual-cavabla davam etdi. "Babək" filmindən fraqmentlər nümayiş etdirildi.