Növbəti direktoryanı müşavirə

Məktəb rəhbərliyi fənn müəllimlərinin iştirakı ilə növbəti direktoryanı müşavirə keçirdi.Müşavirədə 5-ci siniflərdə tədrisin keyfiyyəti,şagirdlərin dərsə davamiyyəti,ümumi orta təhsil səviyyəsinə adaptasiyası və sairə məsələlər müzakirə olundu.Məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edərək fənn müəllimlərinə mövcud problemlərin aradan qaldırılması və həlli üçün bir sıra müvafiq tapşırıq və tövsiyyələr verdi.