Bakı şəhər Baş Səhiyyə İdarəsi 16 nömrəli Uşaq Poliklinikasının həkimləri tərəfindən şagirdlər arasında tibbi-profilaktik müayinələrini həyata keçirdilər.
"Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli 150 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqların icbari dispanzerizasiya keçməsinə dair Dövlət Proqramı"na əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinn 30.09.2014-cü il 100 nömrəli əmrinə uyğun olaraq Bakı şəhər Baş Səhiyyə İdarəsi 16 nömrəli Uşaq Poliklinikasının həkimləri məktəbdə təhsil alan şagirdlərin tibbi-profilaktik müayinələrini həyata keçirdilər.