5-ci siniflərdə anket sorğu keçirildi.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elşən Muqumov və tərbiyə işləri üzrə direktor müavini Cavid Cəfərzadə 5-ci siniflər arasında ibtidai sinifdən yuxarı sinfə keçən şagirdlərin sinfə və müəllim dəyişmələrinə adaptasiyası, şagirdlərin bir-birinə qarşı münasibətlərinin öyrənilməsi mövzusunda anket sorğu keçirdilər. Sorğu nəticəsində məlum oldu ki, şagirdlər bir-biri ilə mehriban ünsiyyət qurur, müəllim dəyişmələrinə qismən də olsa uyğunlaşmağa çalışır. Psixoloji iqlim qənaətbəxşdir.