V sinif şagirdlərində özünüqiymətləndirmənin formalaşdırılması məqsədilə diaqnostik imtahan keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən oktyabr ayının 26-da şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən ehtiyaclarının müəyyənləşdirilməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, Azərbaycan dili(rus dili),riyaziyyat və xarici dil (əsas xarici dil) fənləri üzrə təlim nəticələrinin artırılması, eyni zamanda, məktəb özünüqiymətləndirmənin formalaşdırılması məqsədilə E.Cəfərov adına 118 nömrəli tam orta məktəbdə Azərbaycan dili(rus dili), riyaziyyat və xarici dil fənləri üzrə diaqnostik imtahan keçirildi. İmtahanqabağı məktəb rəhbərliyi hər sinif üçün ayrılmış nəzarətçiləri imtahanla bağlı verilmiş təlimatla tanış etdi,onların suallarını cavablandırdı.Məktəbdə təhsil alan 5 ci sinif şagirdləri komplektləşdirilərək onlar üçün ayrılmış sinif otaqlarında yerləşdirildilər.Hər sinif üçün 3 nəfər nəzarətçi ayrıldı, şagirdlər müvafiq təlimatla məlumatlandırıldılar. Şagirdlər arasında izahat işləri aparıldıqdan sonra qeyd edilən vaxtda imtahan başlandı.
İmtahan tam olaraq şəffaf və qaydalara uyğun aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi