İdman- sağlamlığın rəhnidir

   Məktəblər arasında respublika çempionatı 2018-2019-cu tədris ilindən Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə əmrinə əsasən təşkil olunur. Çempionatın keçirilməsində məqsəd bütün yaş qrupları üzrə ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılmasıdır. 2019-2020-ci tədris ilində keçiriləcək məktəblər arasında respublika çempionatına hazırlıq işlərinə başlanılmışdır. Məktəbin 7-8-9-cu sinif şagirdləri arasında yüngül atletika yarışları keçirilmişdir. Seçim mərhələsindən sonra qaliblər mükafatlandırılacaq və məktəblər arasında respublika çempionatına vəsiqə qazanacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi