Direktoryanı müşavirənin növbəti iclası

   Növbəti direktoranı müşavirə keçirildi. Müşavirədə V-XI siniflərdə tədrisin, davamiyyətin vəziyyəti və digər məsələlər müzakirə olundu. Müəllimlərin apardıqları diaqnostik qiymətləndirmələrin nəticələri haqqında məlumat verildi. Məktəbin yeni təyin olunmuş tərbiyə işləri üzrə direktor müavini Cavid Cəfərzadə kollektivə təqdim edildi. Cavid müəllim illik Fəaliyyət Planında qoyulan tələblərin icra olunması, müvafiq sənədlərin hazırlanması qaydaları, Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-531 nömrəli əmrinə əsasən hazırlanmış məktəbin İllik Fəaliyyət Planına uyğun tədbirlərin həyata keçirilməsi, sinif rəhbərləri, məktəb psixoloqu, UBT rəhbəri ilə görüləcək işlər, qarşıda duran vəzifələr və digər məsələlər barəsində danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi