Hər uğurumuz sənin ucalığındır Vətən!
Digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılır, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınır. Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, idman da diqqət və qayğıdan kənarda deyil. Bu qayğı və şəxsən dövlət başçısı cənab İlham Əliyevin diqqəti idmançıları yeni qələbələrə səsləyir. Ölkənin uşaqlarının və gənclərinin sağlamlığının təmin olunması, bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, sağlam həyat tərzinin formalaşması-dövlət siyasətinin vacib prioritetləri olmaqla yanaşı, Azərbaycanın milli maraqlarının əsas sahəsidir.İdmanın inkişafına və şagirdlərin fiziki tərbiyə fənninə marağın artırılması məqsədilə məktəbin Fəaliyyət Planına uyğun olaraq idmanın müxtəlif növləri ilə məşğul olan şagirdlər məktəbin diqqət və qayğısı altındadır. Məktəbin 11b sinif şagirdi Mansırlı Ayxan 18 Oktyabr Dövlət Müstəqilliyi Gününə həsr olunmuş Azərbaycan birinciliyində WKC növləri üzrə Karate Do Federasiyası tərəfindən 16-17 yaş arası 68kg çəki dərəcəsində I yerə layiq görülmüşdür. Məktəbin direktoru Nizaməddin Ağcayev Ayxanı təbrik etmiş, çoxsaylı qələbələri sırasına daha bir uğurun əlavə olunmasına çox sevindiyini və onunla fəxr etdiyini bildirdi.