Sağlam düşüncə-sağlam gələcəyin təməlidir
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə məktəbin Tədbirlər Planına uyğun olaraq məktəbin biologiya müəllimi Qarayeva Mətanət 6ç sinfində "Sağlam düşüncə sağlam gələcəyin təməlidir" mövzusunda seminar-müzakirə keçirdi. Seminarı giriş sözü ilə açan Mətanət müəllim, insan düşüncəsi, yönəldiyi istiqamətlər, insan fəaliyyətinin acı nəticələri, narkomaniya və digər bəlaların cəmiyyətdə açdığı yaralar və bütün bu fəlakətlərin yaranma səbəbləri, haqqında qısa məlumat verdi. Daha sonra şagirdlər hazırladıqları təqdimatları seminar iştirakçılarının diqqətinə çatdırdılar. Məktəbin psixoloqu Ülviyyə Cəbrayılova məktəblilərin çoxsaylı suallarını cavablandırdı. Seminarda iştirak edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şəfiqə Həsənova dövrün böyük bəlası olan "Ağ ölüm-narkomaniya" , pis vərdişlərdən xilas olma yolları, bu istiqamətdə ümumtəhsil məktəblərinin üzərinə düşən vəzifələr barəsində söhbət etdi. Sonda şagirdlər sosial mesajlarını səsləndirdilər.