Özünüqiymətləndirmənin formalaşdırılması məqsədilə məktəbin 9-cu sinif şagirdləri üçün imtahanın təşkili
Azərbaycan Respublikası Təhsil Nazirlyi tərəfindən şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən ehtiyaclarının müəyyənləşdirilməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə təlim nəticələrinin artırılması, eyni zamanda, məktəb özünüqiymətləndirmənin formalaşdırılması məqsədilə məktəbin 9-cu sinif şagirdlərinin Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dili fənləri üzrə sınaq imtahanı keçirildi. Sinif otaqları ayrılmış və nəzarətçilər təyin edildi. İmtahan materialları paylanılmamışdan əvvəl məktəbin direktoru Nizaməddin Ağcayev əvvəlcədən təşkil olunmuş imtahan komissiyasının üzvlərini təlimatlandırdı.