Şagirdlərin Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiyası

 Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Ülkər Yaqubovanın təşəbbüsü ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü ilə əlaqədar, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin F-531 nömrəli əmrinə əsasən hazırlanmış məktəbin İllik Fəaliyyət Planı uyğun olaraq gənclərimizdə hərbi vətənpərvərlik hissini gücləndirilməsi məqsədilə Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya təşkil olundu.
Azərbaycan Hərb Tarixi Muzeyi Azərbaycan Respublikası Müdafiə Nazirinin 29 oktyabr 1992-ci il “Müstəqil Dövlətlər Birliyinin VI Ordu Qarnizonunun “Döyüş Şöhrəti” Muzeyinin Təhvil Alınması haqqında 418 nömrəli əmrinə əsasən” 10 dekabr 1992-ci ildə təşkil olunub. Şagirdlər muzeyin ilk zalı olan qədim, erkən, orta əsrlər dövrü, Manna-Midiya, Atropatena, Albaniya, Səfəvilər dövlətləri, Azərbaycanda xanlıqların yaranması və onların qoşun növləri haqqında ətraflı məlumat aldılar. 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qurucuları, dövlət atributları - gerbi, bayrağı, himni ilə bağlı ətraflı məlumatları ekskursiyada iştirak edənlərə çatdırıldı, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycan Ordusunun yaranması və inkişafı, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, ordu quruculuğu ilə bağlı gördüyü işlər, keçirdiyi görüşlər, həmçinin Silahlı Qüvvələrin qoşun növləri üzrə hərbi geyim nümunələri ilə də tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi