Azərbaycan deyiləndə ayağa dur ki
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.
Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin nəticələrinə arxalanaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqi əldə etmiş, yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilmişdir.
Şagirdlərdə oxuyub anlama bacarıqlarının və mütaliəyə marağın artırılması məqsədilə məktəb kitabxanasında təqvim tədbirlərinin keçirilməsi ənənəvi hal almışdır.
Növbəti tədbir 18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyinin 28-ci ildönümünə həsr olundu. "Azərbaycan deyiləndə ayağa dur ki" mövzusunda ədəbi-bədii kompozisiya şagirdlərin ifasında təqdim olundu. Təqdimatda şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər. Məktəbin direktoru Nizaməddin Ağcayev, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Elşən Muqumov və Şəfiqə Həsənova məktəb kitabxanasının müdiri Sevinc Kərimovanın bu təşəbbüsünü alqışladılar və bu səpgidə tədbirlərin keçirilməsinin məktəblilərdə vətənpərlik hissinin formalaşmasında müsbət təsiri olduğunu qeyd etdilər.