"Tarixin ən dəhşətli faciəsi"adlı tədbir keçirildi
Xalqımız zaman-zaman erməni vandalizminin ağır və dəhşətli nəticələrinin qurbanı olmuşdur.Ermənilər öz məkrli siyasətlərini həyata keçirmək üçün insanlığa sığmayan heç bir hərəkətdən çəkinməmişlər.1918-ci il mart ayının 31-də baş verən hadisələr də bu vəhşiliklərin davamı idi.Üç gün ərzində Bakı və Bakı ətrafında baş verən kütləvi qırğınlar zamanı 12 min nəfərə yaxın insan bu dəhşətli soyqırımın qurbanı olmuşdur.Mart soyqırımının 98-ci ildönümü ilə əlaqədar olaraq 118 №-li məktəbdə də tədbir keçirildi.Tədbirin təşkilatçısı məktəbin tarix müəllimi Şəfiqə Həsənova tədbiri giriş sözüylə açaraq soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi.Sonra isə soyqırım haqqında geniş məlumat verərək qeyd etdi ki,xalqımız bu tarixi faciənu unutmamalıdır.O,həmçinin bu tarixi faciəyə ilk dəfə hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyevin tariixi fərmanı haqqında danışdı.Tədbirdə soyqırıma aid videolentlər nümayiş etdirildi.9-c sinif şagirdi Dürsədəf Almasovanın ifasında Əlağa Vahid yaradıcılıgına aid olan qəzəli səsləndirildi.Tədbirdə 11-ci sinif şagirdlərinin hazırladığı kompozisiyada soyqırımın dəhşətləri şahidlərin dilindən səsləndirildi.Şahid ifadələrindəki bu dəhşətli faktlar bir daha sübut etdiki,ermənilər insanlığa sığmayan hərəkətləri ilə tarixin ən dəhşətli soyqırımını törətmişlər.Çox təəssüflər olsunki,bu qırğınlar,bu qətllər,bu terrorlar bu gündə törədilir və dünya ictimaiyyəti isə buna hələdə susur.Tədbirdə məktəbin direktoru Nizaməddin Ağcayev də öz çıxışında,erməni qətliamını pislədi,soyqırımın tarixinə aid tarixi faktları sadaladı və bildirdiki,Azərbaycan dövlətinin başçısı,Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti ilə biz yaxın vaxtlarda işğal altında olan bütün torpaqlarımızı azad edəcəyik.